Bank Of Baku

Necdet Ünüvar: Qarabağda baş verən dəyişikliklər bizi heyrətləndirir

Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar

© APA | Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar

# 09 oktyabr 2026 13:00 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qısa müddətdə aparılan bərpa və quruculuq işlərinin böyük təəssürat yaradır.

APA xəbər verir ki, bunu itkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın iştirakçısı, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Xocalıda jurnalistlərə açıqlamasında deyib.

N.Ünüvar qeyd edib ki, uzun illər Xocalı faciəsinin ağrısını yaşayıb, Türkiyə parlamentində Türkiyə-Azərbaycan dostluq qrupuna rəhbərlik etdiyi dövrdə də Xocalı məsələsini daim gündəmdə saxlayıb.

“Uzun illər biz Xocalının acısıyla yaşadıq. Hər zaman Qarabağın azad olmasını arzuladıq. Şükür ki, artıq bu arzularımız gerçək olub, Qarabağ öz azadlığına qovuşub və biz xəyallarımızda olan Xocalıdayıq. Burada şəhidlərimizin ruhunun dolaşdığı yerləri ziyarət edirik. 26 fevralı hər zaman hüzn günü kimi andıq və bu, hər zaman belə qalacaq”, – professor vurğulayıb.

Qarabağa əvvəlki səfərini də xatırladan N.Ünüvar ötən müddətdə bölgədə baş verən dəyişikliklərin onu heyrətləndirdiyini bildirib. O, Şuşa Bəyannaməsinin imzalanması zamanı Bakıdan Şuşaya avtomobillə təxminən altı saat yarıma çatdıqlarını, bu dəfə isə təyyarə ilə Füzuliyə gəldiklərini, oradan da avtomobillərlə Xocalıya yola düşdüklərini qeyd edib.

“Mən şahidi oldum ki, Azərbaycan uzun illərin yaralarını qısa müddətdə aradan qaldırmağa nail olur. Bu da bizi çox sevindirir”, – deyə N.Ünüvar əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR