Paşha Bank
Bank Of Baku

Nquyen Van Cien: Vyetnamlılar Azərbaycan xalqına böyük minnətdarlıq duyur

Nquyen Van Cien

© APA | Nquyen Van Cien

# 20 noyabr 2026 09:24 (UTC +04:00)

Vyetnamlılar Azərbaycan xalqına böyük minnətdarlıq duyur.

APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Hanoy Universitetinin müəllimi, ədəbiyyatşünas və tərcüməçi Nquyen Van Cien bildirib.

“Vyetnamlılar Azərbaycan xalqına böyük minnətdarlıq duyur, çünki müharibə dövründə azərbaycanlılar bizə çox böyük kömək göstəriblər. Bizə hər cür dəstək vermisiniz. Hərbi qulluqçularımızı, zabitlərimizi və əsgərlərimizi təhsil almaq, hərbi hazırlıq keçmək üçün Bakıya və Azərbaycanın digər şəhərlərinə göndərirdilər. Onlar Bakı və Azərbaycanın başqa bölgələrində təlim keçdikdən, hərbi hazırlıq aldıqdan sonra geri qayıdır və müharibədə iştirak edirdilər.

Bu gün də vaxtilə orduda xidmət etmiş, Azərbaycanda təhsil və hərbi hazırlıq keçmiş çoxlu sayda əsgər və zabitimiz yaşayır. Buna görə də bizim vətəndaşlarımız Azərbaycanı, onun rəhbərliyini, xüsusilə Heydər Əliyevi və İlham Əliyevi çox yaxşı tanıyırlar.

Eyni zamanda məhz Heydər Əliyev vaxtilə neft sənayesinin inkişafında, xüsusilə də iqtisadiyyatımız üçün çox mühüm əhəmiyyət daşıyan obyektlərin tikintisində bizə kömək edib. Buradan çox da uzaqda yerləşməyən çay üzərindəki su elektrik stansiyasının tikintisini də qeyd etmək istərdim. Bu, Hoa Binh su elektrik stansiyasıdır. Heydər Əliyev həmin layihənin həyata keçirilməsində birbaşa iştirak edib, tikinti üçün zəruri materialların və müxtəlif avadanlıqların təmin olunmasına kömək göstərib. Bu layihə və digər təşəbbüslər iqtisadiyyatımız üçün çox faydalı olub. Buna görə də Prezident İlham Əliyevin bu səfərindən böyük məmnunluq duyaruq. Çünki ölkələrimiz arasında münasibətlərin inkişafı üçün yeni imkanlar yaranır. Əlaqələrimiz həm hazırda, həm də gələcəkdə inkişaf etməkdə davam edəcək”, - deyə o, qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR