Bank Of Baku

Pakistan Milli Günü ilə bağlı tədbir keçirilib - FOTO

Pakistan Milli Günü ilə bağlı tədbir keçirilib  - FOTO
# 17 mart 2022 22:06 (UTC +04:00)

Bakıda Pakistan Milli Günü ilə bağlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, milli müdafiə sənayesi naziri Mədət Quliyev, şeyxülislam Hacı Allahşükür Paşazadə, ombudsman, millət vəkilləri, attaşelər və digər rəsmilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bilal Haye ölkələrimiz arasında güclü dostluq bağlatısının olduğunu deyib, müxtəlif sahələrdə əlaqələrimizin ildən-ilə inkişaf etdiyini diqqətə çatdırıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Kəşmir məsələsində Pakistana göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edib.

Daha sonra çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev ölkə başçısının Pakistanın Milli Günü münasibətilə ilə təbriklərini çatdırıb. 44 günlük Vətən müharibəsi dövründə Pakistanın mənəvi dəstəyinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR