Bank Of Baku

Parlament sədri: "Belarus münaqişələrin dinc yolla həllinin tərəfdarıdır”     

Parlament sədri: "Belarus münaqişələrin dinc yolla həllinin tərəfdarıdır”     
# 26 oktyabr 2019 10:55 (UTC +04:00)

"Belarus bundan sonra da dövlətlərin suverenliyinin, müstəqilliyinin, dövlətlərin daxili işlərinə müdaxilə olunmamasının, münaqişələrin dinc yolla həllinin tərəfdarı olacaq”.     

APA-nın xəbərinə görə, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko deyib.

Parlament sədri bildirib ki, 1989-cu ildə QH-nin Zirvə toplantısı Belqradda keçirilib və 30 ildən sonra bu toplantı yenidən Avropa torpağında - Azərbaycanda keçirilir.

V. Andreyçenko əlavə edib ki, o zaman QH dünya düzəninin dəyişdiyi dönəmdə aktiv rol oynaya, imkanlardan istifadə edə bilməyib və regional, qlobal problemlərə adekvat cavab verə bilməyib.

“Bu gün dünya özünün növbəti çətin və mürəkkəb dövrünü yaşayır. Dünya yenidən qüvvələrə bölünür, beynəlxalq siyasət xaosa sürüklənir və qeyri-müəyyənlik içərisindədir. Böyük güclər arasında əməkdaşlıq zəifləyib”, - o əlavə edib.

Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri qeyd edib ki, terrorizm, iqlim dəyişikliyi, nüvə silahlarının yayılması kimi mühüm çağırışlar birgə fəaliyyət göstərməyi zəruri edir: “Lakin etimadın olmaması bu istiqamətdə fəaliyyət göstərməyə mane olur. Ona görə də biz ilk növbədə dövlətlər arasında etimadı möhkəmləndirməliyik. Belarus bu istiqamətdə çalışır. QH-nin üzv dövlətləri arasında həmrəyliyi və əməkdaşlığı gücləndirmək üçün lokomotiv rolu oynaya bilərik. Biz aramızda  dialoqu və inamı gücləndirməliyik".  
V. Andreyçenko əlavə edib ki,  ölkəsi bir sıra yeni ideya və təkliflə çıxış edir. Onun sözlərinə görə, Belarus 2021-ci ildə yeni dünya düzəni adlı konfransın keçirilməsini, Hərəkatın uzunmüddətli strateji sənədinin hazırlanmasını təklif edir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR