Apardığımız dialoq və birgə fəaliyyətimiz Azərbaycan ilə Slovakiya arasındakı münasibətlərin boş sözlərə və formal xarakterli əlaqələrə deyil, konkret layihələrə və real addımlara əsaslandığını nümayiş etdirir.
APA xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“Cənab Prezident, həm Qarabağda, həm də Bakıda vaxt keçirmək imkanı yaratdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Dostluğumuza, indiyədək həyata keçirdiyimiz səmərəli əməkdaşlığa görə minnətdaram. Məmnunluqla qeyd edirəm ki, apardığımız dialoq və birgə fəaliyyətimiz Azərbaycan ilə Slovakiya arasındakı münasibətlərin boş sözlərə və formal xarakterli əlaqələrə deyil, konkret layihələrə və real addımlara əsaslandığını nümayiş etdirir. Gələcək görüşlərimizi səbirsizliklə gözləyirəm”, - deyə Slovakiya Prezidenti qeyd edib.