Bank Of Baku

Pelleqrini: Hər dəfə Azərbaycana səfər etdikdən sonra siyasi karyeramda irəliyə doğru addım atmışam

Pelleqrini: Hər dəfə Azərbaycana səfər etdikdən sonra siyasi karyeramda irəliyə doğru addım atmışam
# 14 iyul 2026 11:21 (UTC +04:00)

Hər dəfə Azərbaycana səfər etdikdən sonra siyasi karyeramda daha da irəliyə doğru addım atmışam.

APA xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

“Həmçinin xatırlatdığınıza görə təşəkkür edirəm ki, mən ən yüksək siyasi vəzifələrdə çalışdığım bütün dövrlərdə bu ölkəyə səfər etmişəm. İcazənizlə, çıxışımı bir qədər yumorla tamamlayım. Görünür, hər dəfə Azərbaycana səfər etdikdən sonra siyasi karyeramda daha da irəliyə doğru addım atmışam. Buna görə də Sizə ayrıca təşəkkür edirəm. Hər ikimizə gələcəkdə də çoxlu səmimi və dostluq ruhunda görüşlər arzulayıram. Ölkələrimizə firavanlıq, Azərbaycan ilə Slovakiya arasında münasibətlərin isə daha da möhkəmlənməsini arzu edirəm”, - Slovakiya Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR