Polşa Prezidenti: Azərbaycan bizim üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır

Polşa Prezidenti: Azərbaycan bizim üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır
# 29 may 2024 19:26 (UTC +04:00)

Azərbaycan Respublikası bizim üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır.

APA xəbər verir ki, bu barədə Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikdə deyilir:

“2017-ci ildə Varşavaya səfəriniz zamanı imzalanmış Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Polşa iqtisadi əməkdaşlığımızın daha da inkişaf etdirilməsində və ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR