Bank Of Baku

Prezident: “Artıq Sudan xalqı öz taleyinin sahibidir”

Prezident: “Artıq Sudan xalqı öz taleyinin sahibidir”
# 25 oktyabr 2019 17:49 (UTC +04:00)

“Son aylarda Sudanda ciddi dəyişikliklər olub, dinc inqilab nəticəsində hakimiyyət dəyişikliyi baş verib və yeni hökumət qurulub”.

APA-nın xəbərinə görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Sudan Prezidenti Abdul-Fattah Al-Burhan deyib.

Prezident bildirib ki, artıq Sudan terroru dəstəkləyən dövlətlərin siyahısından çıxarılıb.

Onun sözlərinə görə, ölkəsinin iqtisadi sektorunda da dəyişikliklər baş verib: “Artıq Sudan xalqı öz taleyinin sahibidir. Biz beynəlxalq ictimaiyyətin konstruktiv üzvü olmağı arzulayırıq. Ölkəmiz Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir. Biz bu prinsipləri ölkə daxilində tətbiq edirik. Eyni zamanda Qoşulmama Hərəkatı daxilində də canlanma və dönüş yaratmaq istəyirik”.

Sudan dövlət başçısı qeyd edib ki, Sudan beynəlxalq problemlərin həllinə öz töhfəsini verməyə çalışacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR