Azərbaycanın Məşvərətçi Görüşlərin tamhüquqlu iştirakçısı qismində bu formata qoşulması əməkdaşlığımızın inkişafında yeni mərhələnin başlanğıcı oldu.
APA-nn Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə bildirib.
“Əminliklə demək olar ki, qarşılıqlı etimadın möhkəmlənməsi və regional əməkdaşlığın ardıcıl inkişafı sayəsində Mərkəzi Asiya hazırda müasir tarixinin ən uğurlu dövrlərindən birini, hətta demək olar ki, ən uğurlu dövrünü yaşayır. Azərbaycanın Məşvərətçi Görüşlərin tamhüquqlu iştirakçısı qismində bu formata qoşulması əməkdaşlığımızın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Birgə səylər nəticəsində siyasi dialoqun daha da dərinləşdirilməsi, investisiya, energetika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, vahid nəqliyyat-logistika sisteminin formalaşdırılması üçün əlverişli şərait yaranır”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.