Bank Of Baku

Qətərin Dövlət naziri: “Tarixdə görünməmiş böhranlarla üzləşirik”

Qətərin Dövlət naziri: “Tarixdə görünməmiş böhranlarla üzləşirik”
# 26 oktyabr 2019 10:21 (UTC +04:00)

“Biz bu gün tarixdə görünməmiş böhranlarla üzləşirik”.
 
APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün debat müzakirələrində Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Soltan bin Saad Al Muraikhi bildirib.
 
Nazir deyib ki, beynəlxalq hüquq normalarına riayət edilməməsi sülhə böyük zərbədir: “Birtərəfli qəbul edilən qərarlar mənfi nəticə verir. Qətər regionda sülhün bərqərar olunmasının tərəfdarıdır. Yaxın Şərqdə hazırda çoxsaylı böhran var. Qoşulmama Hərəkatı böhranların dinc şəkildə həllini tapmasına töhfə verməlidir”.
 
Fələstin böhranından danışan Soltan bin Saad Al Muraikhi qeyd edib ki, 1967-ci il razılaşmasına görə Şərqi Qüdsdə Fələstinin hüquqları tanınıb: “Bu razılaşmaya əməl olunmalıdır. Yəməndə törədilən cinayət də cəzasız qalmamalıdır. Cəzasızlıq bu kimi halların təkrarına yol açır. Terrorçuluğu yaradan səbəblər aradan qaldırılmalıdır. Regionlarda baş verən hadisələri bu və ya digər şəkildə dinlə əlaqələndirmək olmaz”.
 
Qətər Baş Nazirinin müavini və xarici işlər naziri nəzərə çatdırıb ki, ötən ay ölkəsi inkişaf etməkdə olan, zəif inkişaf etmiş ölkələrdə iqlim dəyişikliyinə qarşı mübarizə üçün 100 milyon dollar ayırıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR