Bank Of Baku

Qırğızıstan Prezidenti: "Azərbaycanla formatımızın genişləndirilməsi Mərkəzi Asiya üçün yeni imkanlar açacaq"

Qırğız Respublikasının Prezidenti Sadır Japarov

© APA | Qırğız Respublikasının Prezidenti Sadır Japarov

# 16 noyabr 2025 10:53 (UTC +04:00)

Azərbaycanla formatımızın genişləndirilməsi Mərkəzi Asiya üçün yeni imkanlar və geniş üfüqlər açacaq.

APA-nın Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.

“Qırğızıstan Azərbaycan Respublikasının Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzv kimi qoşulması təşəbbüsünü dəstəkləyir. Qardaş Azərbaycanı da əhatə edəcək formatımızın genişləndirilməsi Mərkəzi Asiya üçün, xüsusən də beynəlxalq tranzit, logistika və enerji sahələrində əməkdaşlıq üçün yeni imkanlar və geniş üfüqlər açacaq. Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşləri formatı yaradılmışdır”, - deyə Qırğızıstan Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR