Bank Of Baku

Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini təqdim edə bilər

Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini təqdim edə bilər
# 31 iyul 2026 12:08 (UTC +04:00)

Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini təqdim edə bilər.

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə bildirib.

"Xalqlarımız arasında mədəni yaxınlıq, ortaq tarix və ənənəvi əlaqələr münasibətlərimizin möhkəm təməli olaraq qalır. Turizm sahəsində əməkdaşlıq böyük potensiala malikdir. Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini, Böyük İpək Yolunun tarixi abidələrini, dağ və göl mənzərələrini, milli ənənələri və mədəni müxtəlifliyi təqdim edə bilər”, - deyə Qırğızıstan Prezidenti qeyd edib.

Sadr Japarov vurğulayıb ki, son illərdə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq keyfiyyətcə yeni məzmun qazanıb:

"Dövlət sərhədləri ilə bağlı prinsipial və tarixi razılaşmalar əldə olunub. Regional əməkdaşlığın möhkəmlənməsinin mühüm nəticələrindən biri dövlətlərimizin beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstək göstərməsi olub. Qırğızıstanın 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəklədiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm. Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının BMT-yə üzv dövlətlərə ünvanladıqları müraciətin qəbul edilməsi regional həmrəyliyin parlaq təzahürü və ölkəmizə göstərilən mühüm dəstək oldu. Qırğızıstan bu mühüm beynəlxalq platformadakı fəaliyyəti dövründə regionun ümumi maraqlarını irəli sürəcək.

Birgə fəaliyyətimizin əsas istiqamətlərindən biri nəqliyyat əlaqələrinin inkişafıdır. Ölkələrimiz strateji əhəmiyyət daşıyan dəmir yolu, avtomobil, aviasiya və multimodal layihələr həyata keçirirlər. Bu istiqamətlərin uzlaşdırılması və bir-birini tamamlaması vacibdir. Böyük infrastruktur layihələri sırasında Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun tikintisi də yer alır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR