Bank Of Baku

Qırğızıstan Prezidenti Zəngəzur dəhlizinin Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu üçün strateji əhəmiyyətini vurğulayıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Prezident İlham Əliyev

© APA | Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Prezident İlham Əliyev

# 16 noyabr 2025 11:07 (UTC +04:00)

Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu üçün məntiqi və strateji bir təklif kimi görünür.

APA-nın Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.

“Bu gün region üçün yeni nəqliyyat arteriyasının yaradılmasının şahidi oluruq. Strateji əhəmiyyətli Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı dəyişdirəcək, ölkələrimiz üçün Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngizur dəhlizi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu üçün məntiqi və strateji bir təklif kimi görünür”, - deyə Qırğızıstan Prezidenti bildirib .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR