Bank Of Baku

Rüfət Əliyev: Genetik Araşdırmalar Mərkəzindəki müasir texnologiyalar itkinlərin axtarışında beynəlxalq əməkdaşlığa zəmin yaradıb

Rüfət Əliyev: Genetik Araşdırmalar Mərkəzindəki müasir texnologiyalar itkinlərin axtarışında beynəlxalq əməkdaşlığa zəmin yaradıb
# 30 iyun 2026 11:23 (UTC +04:00)

"Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasında istifadə olunan müasir texnoloji avadanlıqlar, geniş təcrübə qazanmış mütəxəssislər və əldə olunan nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb”.

APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin rəisi, tibb-xidməti generalı Rüfət Əliyev deyib.

O bildirib ki, itkin düşmüş şəxslərin axtarışında əməkdaşlıq üçün ötən il Ukrayna Səhiyyə Nazirliyinin müraciətinə cavab olaraq, genetik tədqiqatların aparılmasında metodiki köməklik göstərilməsi, mütəxəssislər üçün təlim və treninqlərin keçirilməsinin mümkünlüyü Ukrayna tərəfinə bildirilib: “Laboratoriyada Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq qərarları əsasında çətin identifikasiya olunan bəzi nümunələr üzərində genetik ekspertizalar aparılması təmin edilib”.

Rüfət Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyinin müəyyənləşdirilməsi, onların hüquqlarının müdafiəsi və ailələrinə sosial-psixoloji dəstəyin göstərilməsi üçün uzun müddətdir ki, institutsional infrastruktur formalaşdırılıb: “Yüksək texnoloji laboratoriyanın və DNT Məlumat Bankının da daxil olduğu vahid koordinasiya mərkəzinin mövcudluğu, milli qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq və humanitar diplomatiya dövlətin humanitar prinsiplərə və milli maraqlara sadiqliyini əyani şəkildə nümayiş etdirir.

Əmin olduğumu bildirmək istəyirəm ki, itkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq konfrans humanitar böhranların nəticələrinin aradan qaldırılmasında, o cümlədən itkin düşmüş insanların taleyinin aydınlaşdırılmasında strateji platforma rolunu oynayacaq, müasir texnologiyalar və innovativ metodların tətbiqi sahəsində təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinə öz töhfəsini verəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR