Bank Of Baku

Şahbaz Şərif: Qələbə Paradına şahidlik etməkdən qürur duyuram

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif

© APA | Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif

# 08 noyabr 2025 17:48 (UTC +04:00)

Prezident İlham Əliyevi və Azərbaycan xalqını tarixi Vətən müharibəsində qazandıqları qələbənin 5-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

APA xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif “X” platformasındakı paylaşımında deyib.

O bildirib ki, Bakının möhtəşəm Qələbə Paradına şahidlik etməkdən, Azərbaycanın cəsarətini və birliyini görməkdən qürur duyur.

“Pakistan Ordusunun nümayəndə heyətinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə bir sırada addımlamasından fəxr hissi keçirirəm.
Qələbə Paradı çərçivəsində əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməkdən məmnun oldum. Tarixi, dərin köklərə malik qardaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində çox səmərəli müzakirə apardıq”, - Baş nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR