Bank Of Baku

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Milli Məclisin sədri Sahibə Qafarova

© APA | Milli Məclisin sədri Sahibə Qafarova

# 29 sentyabr 2026 19:00 (UTC +04:00)

"Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".

APA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü münasibətilə Bakıda keçirilən tədbirdə deyib.

Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdıraraq bildirib ki, Azərbaycan-Slovakiya münasibətləri ənənəvi dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır.

Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər nəticəsində ikitərəfli münasibətlər qısa müddətdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Spiker qeyd edib ki, iqtisadiyyat, energetika, investisiya, hərbi-texniki əməkdaşlıq, mədəniyyət, təhsil və parlamentlərarası əlaqələr üzrə əməkdaşlıq genişlənir. O, iki ölkə arasında birbaşa uçuşların başlamasının turizmə, biznes əlaqələrinə və xalqlar arasında təmaslara müsbət təsir göstərəcəyini vurğulayıb.

Sahibə Qafarova Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini də qeyd edib və bunu Slovakiyanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstəyin göstəricisi adlandırıb.

O, Azərbaycan-Slovakiya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR