Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb

Sahibə Qafarova və Alen Simonyanın görüşü

© APA | Sahibə Qafarova və Alen Simonyanın görüşü

# 21 may 2024 11:10 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb.

APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında Sahibə Qafarova deyib ki, Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikinci görüşü keçirilib.

Görüşdə hər iki ölkənin parlamentlərinin sülh prosesinə necə töhfə verəcəyi ilə bağlı müzakirələr davam etdirilib.

Qeyd edək ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikinci görüşü keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR