Səfir: Almaniya Azərbaycanın Qarabağdakı yenidənqurma səylərini dəstəkləyir

Səfir: Almaniya Azərbaycanın Qarabağdakı yenidənqurma səylərini dəstəkləyir
# 29 may 2024 09:45 (UTC +04:00)

“Mina riski hələ də bir çox ərazilərdə təhlükə yaratmaqdadır”.

APA xəbər verir ki, bu fikirləri Bərdəyə səfər edən Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” hesabında yazıb.

Bərdədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşən diplomat bildirib ki, ölkəsi Azərbaycanın Qarabağdakı yenidənqurma səylərini dəstəkləyir:

“Mən bu gün Bərdədə Qarabağdaki insanlara dəstək olan böyük əməyinin şahidi oldum. Keçmiş təmas xəttinə yaxın yaşamaq insanlar üçün ağır olmuşdur; mina riski hələ də bir çox ərazilərdə təhlükə yaratmaqdadır. Almaniya yenidənqurma səylərində Azərbaycanı dəstəkləyir” - deyə, diplomat bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR