Səfir: "Azərbaycan Cənubi Qafqazda münasibətlərin normallaşmasında üçüncü ölkələrin müdaxiləsinə imkan verməyəcək"

Səfir: "Azərbaycan Cənubi Qafqazda münasibətlərin normallaşmasında üçüncü ölkələrin müdaxiləsinə imkan verməyəcək"
# 29 may 2024 08:46 (UTC +04:00)

Azərbaycan və Ermənistan sülh sazişi bağlamaq üçün real imkanlara malikdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 28 May-Müstəqillik Günü münasibəti ilə Moskvada keçirilən təntənəli qəbulda çıxışında bildirib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan sülh sazişi bağlamaq üçün real imkanlara malikdir.

“Hazırda iki ölkənin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyalar arasında fəal iş aparılır və birbaşa ikitərəfli diplomatik danışıqlar yolu ilə sazişlər hazırlanır. Böyük sevinc hissi ilə qeyd edirəm ki, Komissiyaların birgə fəaliyyəti nəticəsində ötən həftə Qazax rayonunun işğal olunmuş 4 kəndi Azərbaycana qaytarılıb. Fürsətdən istifadə edərək onu da vurğulamaq istərdim ki, Azərbaycan Cənubi Qafqazda münasibətlərin normallaşmasında regiondankənar üçüncü ölkələrin müdaxiləsinə imkan verməyəcək”, - diplomat qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR