Bank Of Baku

Səfir: “Türkiyə Rusiya-Ukrayna danışıqlarında vasitəçilik səylərini davam etdirir”

Cahit Bağçı

© APA | Cahit Bağçı

# 26 fevral 2022 12:11 (UTC +04:00)

“Təəssüf ki, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik missiyası nəticəsiz qaldı”.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, buna baxmayaraq, Türkiyə hələ də bu istiqamətdə səylərini davam etdirir.

“Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən NATO çərçivəsində bu məsələnin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir. Bizim səylərimiz atəşkəsin təmin olunması və diplomatik müstəvidə danışıqların başlaması yönündədir”, - diplomat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR