Paşha Bank
Bank Of Baku

Səudiyyə Ərəbistanının korrupsiya ilə mübarizə orqanının rəhbəri Azərbaycanda təltif edilib - FOTO

Səudiyyə Ərəbistanının korrupsiya ilə mübarizə orqanının rəhbəri Azərbaycanda təltif edilib - FOTO
# 29 oktyabr 2026 13:15 (UTC +04:00)

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin əmri ilə Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim Əl-Kəhmus “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı ilə təltif olunub.

APA xəbər verir ki, bu gun prokurorluqda kecirilən mərasimdə Kamran Əliyev medalı həmkarına təqdim edib.

Medal Mazin bin İbrahim Əl-Kəhmusa Azərbaycan və Səudiyyə Ərəbistanının müvafiq orqanları arasında səmərəli əməkdaşlığın təşkilinə, işgüzar və dostluq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində göstərdiyi xüsusi xidmətlərə görə təqdim edilib.

Təltifetmə mərasimi Azərbaycanın prokurorluq və Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə orqanının rəhbərlərinin yüksək səviyyəli görüşü çərçivəsində keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR