Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı bəyanat yayıb

Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı bəyanat yayıb
# 20 aprel 2024 15:59 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının əldə etdiyi Razılaşma ilə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bəyanatda deyilir:

"Biz Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılığı alqışlayırıq.

Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR