Bank Of Baku

Türkiyə XİN rəhbəri: Qars-Dilucu dəmir yolunun tikintisi 2029-cu ilə qədər başa çatacaq

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan

© APA | Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan

# 15 sentyabr 2026 14:47 (UTC +04:00)

Azərbaycan və Türkiyə Orta Dəhlizin həyata keçməsində böyük rol oynayır.

APA xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Türkiyənin türk dünyasına çıxışını təmin edən layihələrdən biri də Zəngəzur dəhlizidir: “Qars-Dilucu dəmiryolu bunun bir hissəsidir, 2029-cu ilə qədər bunun tikintisi bitəcək”.

O əlavə edib ki, bu dəhliz ilk olaraq, ticarət baxımından əhəmiyyətlidir. İkincisi, Azərbaycan ilə Türkiyə arasında bağlantıların təmin edilməsi, xüsusilə Naxçıvan üzərindən əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu, eyni zamanda Türk dünyasının bir-birinə çıxışı baxımından da olduqca vacibdir. Türkiyənin Türk dünyasına inteqrasiyası baxımından bu istiqamətdə işlər aparılır. Bu məsələ ilə bağlı tender prosedurları xeyli əvvəl tamamlanıb və hazırda tikinti işləri davam edir. 2029-cu ilin sonuna doğru Qars–Naxçıvan dəmir yolu başa çatacaq. Beləliklə, Azərbaycanın dəmir yolu ilə gələn yüklərinin fasiləsiz şəkildə Türkiyəyə qədər çatdırılması mümkün olacaq. Bu, bizim üçün, açığı, mühüm logistika imkanına çevriləcək. Bu istiqamətdə işlərimiz davam edir. Azərbaycan-Türkiyə arasında daha çox bağlantının yaradılması, mövcud bağlantıların həcminin və imkanlarının necə inkişaf etdiriləcəyi bizim mühüm iş istiqamətlərimizdəndir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR