Bank Of Baku

Ukraynadan 9 nəfər Moskva vasitəsilə Azərbaycana təxliyə olunub - FOTO

Ukraynadan 9 nəfər Moskva vasitəsilə Azərbaycana təxliyə olunub - FOTO
# 18 mart 2022 17:24 (UTC +04:00)

Ukraynadan azərbaycanlıların təxliyəsi davam edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə 9 azərbaycanlı Ukraynanın Xerson vilayətindən Moskvaya gətirilib.

Onlar Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinə yerləşdirilib.

İkisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşı olan həmyerlilərimiz bu gün yerli vaxtla Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ukraynadan təxliyə olunan azərbaycanlılarla görüşüb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu soydaşlarımızla görüşdə bildirib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar çətin durumda olan azərbaycanlılara dövlət başçısı İlham Əliyevin tapşırığı ilə hərtərəfli dəstək göstərilir, indiyədək minlərlə azərbaycanlı döyüş zonasından çıxarılıb. Soydaşlarımızın Vətənə dönməsi üçün diplomatik kanallarla iş aparılır.

Səfir qeyd edib ki, iki qardaş xalq arasında yaşanan bu hadisələr hamını olduqca məyus edir.

“Rusiya bizim strateji müttəfiqimizdir. Ukrayna ilə də bizim gözəl münasibətlərimiz var, bizə dost xalqdır. İnanırıq ki, Rusiya və Ukrayna yaxın vaxtlarda ortaq fikrə gələcək”, - deyə Polad Bülbüloğlu qeyd edib.

Ukraynadan təxliyə olunan Fərid Ələsgərov APA-ya açıqlamasında müharibənin ilk 15 günü Ukrayna ərazisində olduğunu söyləyib. O, çalışdıqları gəminin təmiri üçün Xerson şəhərində gözlədiklərini bildirib: "Daha daha sonra müharibə başladı. Dövlətimizə, Prezidentimizə və birinci xanıma bizə sahib çıxdıqlarına görə təşəkkürümüzü bildiririk".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR