Bank Of Baku

UN-Habitat rəsmisi Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin əhəmiyyətindən danışıb

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave

© APA | BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave

# 03 sentyabr 2026 12:06 (UTC +04:00)

Azərbaycanda mina təmizlənməsi artıq yalnız ümumi torpaq təmizlənməsi kimi yox, ərazilərin gələcək istifadə məqsədlərinə uyğun şəkildə planlaşdırılması ilə həyata keçirilir.

APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çərçivəsində panel sessiyadakı çıxışında deyib.

UN-Habitat rəsmisi bildirib ki, Azərbaycanda yaşayış və infrastruktur, yollar, enerji infrastrukturu, ictimai xidmətlər, kənd təsərrüfatı və sənaye sahələri üçün ərazilərin mina təhlükəsindən təmizlənməsi bu yanaşmanın nümunəsidir.

O bildirib ki, Böyük Qayıdış Proqramı və regional baş planlaşdırma prosesi çərçivəsində şəhər, qəsəbə və kəndlərin yenidən qurulmasında mina təmizlənməsi yalnız ilk mərhələdir: “Bu yanaşma təmizlənmiş torpağı investisiya üçün yararlı və cəlbedici əraziyə çevirir. Bu isə bütün bərpa prosesinin davamlılığını müəyyən edəcək”.

UN-Habitat rəsmisi Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin əhəmiyyətini də vurğulayıb.

Onun sözlərinə görə, mərkəzləşdirilmiş koordinasiya mexanizmi mina təmizlənməsi, yenidənqurma və əhalinin geri qayıdışı proseslərinin eyni idarəetmə çərçivəsində əlaqələndirilməsinə imkan verir.

Anna Soave vurğulayıb ki, azad edilmiş torpaqların inkişaf funksiyalarına uyğun olaraq kateqoriyalara bölünməsi qabaqcıl təcrübədir.

“Beləliklə, məqsəd ən yüksək səviyyədə müəyyən edilib. Praktika artıq ərazidə həyata keçirilir. İnstitusional mexanizmlər də ərazilərdə mövcuddur”, – o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR