Bank Of Baku

Ursula Fon der Lyayen: Bu gün bura Aİ-Azəbaycan tərəfdaşlığını daha da dərinləşdirmək üçün gəlmişəm

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Azərbaycan Prezidenti İlham Əliyev

© APA | Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Azərbaycan Prezidenti İlham Əliyev

# 01 iyul 2026 19:41 (UTC +04:00)

Bu gün bura Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını daha da dərinləşdirmək üçün gəlmişəm.

APA-nın əməkdaşı xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“Yenidən Bakıda olmaqdan məmnunam. Bura zəngin və qədim irsin möhtəşəm müasir memarlıqla qovuşduğu füsunkar şəhərdir. Bu, eyni zamanda, bugünkü Azərbaycanın gələcəyə yönəlmiş ambisiyalarının əksidir. Bu gün bura Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyan və Prezidentin də qeyd etdiyi kimi, real dinamika qazanan tərəfdaşlığımızı daha da dərinləşdirmək üçün gəlmişəm”, - deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR