Bank Of Baku

Vitse-prezident: “Vyetnam qlobal terrorçuluğa qarşı mübarizə aparır”

Vitse-prezident: “Vyetnam qlobal terrorçuluğa qarşı mübarizə aparır”
# 25 oktyabr 2019 18:11 (UTC +04:00)

“Qoşulmama Hərəkatının üzv dövlətlərinin bəziləri böyük güclər arasında aparılan geosiyasi mübarizənin qurbanına çevrilib. Çoxtərəflilik mexanizmləri bu gün geniş şəkildə inkişaf etdirilməlidir”.

APA-nın xəbərinə görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində çıxışı zamanı Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinh bildirib.

O qeyd edib ki, kütləvi qırğın silahlarından istifadə, iqlim dəyişikliyi, ərazi bütövlüyünün pozulması kimi hallar artımı əngəlləyən məqamlardır: “Bu gün dünyada üzləşdiyimiz çətinliklər super güclərin arasındakı mübarizə ilə bağlıdır. Çünki bəzi hallarda beynəlxalq hüququn norma və prinsipləri, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı kimi prinsiplər tapdalanır. Bu gün bəzi dövlətlərin hegemonluq mövqeyindən çıxış etməsinin qarşısını almalıyıq. Qoşulmama Hərəkatı beynəlxalq səviyyədə daha geniş şəkildə fəaliyyət göstərməlidir”.

Vitse-prezident qeyd edib ki, Vyetnam Kubaya tətbiq edilən iqtisadi sanksiyaların tam aradan qaldırılmasının tərəfdarıdır: “İstərdik ki, Qoşulmama Hərəkatı Koreya yarımadasında və Afrika qitəsində mövcud olan toqquşma və gərginliyin aradan qaldırılmasında daha fəal olsun. Biz, dünya miqyasında üzv dövlətlərin milli maraqlarının qorunması ilə məşğuluq, istəyirik ki, bütün xalqlar sülh şəraitində yaşasın, iqtisadi artım təmin olunsun. Biz Bandunq prinsipləri əsasında addımları davam etdirəcəyik. Vyetnam qlobal terrorçuluğa qarşı mübarizə aparan ən fəal dövlətlərdən biridir”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR