APA-nın məlumatına görə, iclasa Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton sədrlik edəcək.
İclasda AB-nin tərəfdaş ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin ilk görüşü 2009-cu ilin dekabrında keçirilib.