Bakı. Etibar Məmmədov-APA. “Diplomatik nümayəndələri də bu kimi tədbirlərə dəvət etsək də, təəssüflər olsun ki, onlar iştirak etmirlər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov verib.
Rektor deyib ki, diplomatik korpusun nümayəndələri soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etmirlər: “Biz bu kimi tədbirlərə diplomatları da dəvət edirik. Onlar görünür ki, bu həqiqəti - ikili standart həqiqətini başa düşdüklərindən belə tədbirlərdə iştirak etmirlər”.