ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Maykl Flin Türkiyə rəsmləri ilə Fətulla Gülənin mümkün ekstradisiyasını müzakirə edib. APA-nın “kommersant.ru”-a istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsini sabiq başçısı Ceyms Vulsi deyib.
C.Vulsinin sözlərinə görə, görüşdə rəsmi ekstradisiya proseduralarından istifadə etmədən F.Gülənin Türkiyə tərəfinə təhvil verilməsi məsələsi müzakirə edilib. Görüşdə Rəcəb Tayıb Ərdoğanın kürəkəni və xarici işlər naziri Mövlüd Çavuşoğlunun iştirak etdiyi bildirilir.
“Mən bu məsələyə çox etibar etmrdim. Biz xaricdə kiminsə xoşuna gəlməsi üçün insanları təhvil vermirik”.
M.Flinin nümayəndəsi Prays Floyd C.Vulsinin sözlərini inkar edərək, sabiq müşavirin “qanunsuz hərəkətləri, qanunsuz ekstradisiya və bu kimi əməlləri heç zaman müzakirə etmədiyini sözləyib.
Hərbi kəşfiyyatı tərk etdikdən sonra M.Flin Türkiyə hökumətinin maraqlarına lobbiçilik edib. ABŞ-da prezident kampaniyası bitənədək, sabiq müşavir Respublikaçılar partiyasının qərargahında vəzifə alıb. Sonra Rusiya səfiri Sergey Kislyakov ilə görüşdüyü üçün M.Flinin adı
qalmaqalda hallanıb. Sabiq müşavir ilkin olaraq rusiyalı diplomat ilə danışıqlar apardığını inkar etsə də, sonradan bunu etiraf edib.