Bank Of Baku

AP-nin komitə sədri: “Azərbaycan Avropa üçün dəyərli tərəfdaşdır”

AP-nin komitə sədri: “Azərbaycan Avropa üçün dəyərli tərəfdaşdır”
# 22 may 2017 12:10 (UTC +04:00)

“Avropa Parlamentinin nümayəndə heyəti bu səfəri ilə bir daha bildirmək istəyir ki, Azərbaycan Avropa üçün dəyərli tərəfdaş, böyük maraq kəsb edən dövlətdir”. 

 

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli məclisdə keçirilən brifinqdə bildirib.

 

O qeyd edib ki, Avropa parlamenti Azərbaycanın üzləşdiyi problemlə bağlı dərin narahatlıq keçirir: “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir və əməkdaşlıqda buna ən yüksək qiyməti verir. Azərbaycan Avropa dəyələrinə tam tələb verən ölkə ola, İslam dünyası ilə münasibətlərdə körpü rolunu oynaya bilər. Biz buna ümid edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR