Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, iclasda Milli Məclisin deputatı Sabir Hacıyev iştirak edəcək. Tədbirdə keçmiş Yuqoslaviyaya daxil olan ölkələr arasında barışıq, Yaxın Şərqdə sülh prosesi, "İŞİD"in törətdiyi təhlükələr, ərəb dünyasında siyasi dəyişikliklər, mədəniyyətlərarası və dinlərarası dialoq, Kipr və Ukraynadakı problemlər, siyasi ekstremizm, neonasizm, antisemitizm, terrorizmlə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər noyabrın 22-də başa çatacaq.