Bank Of Baku

Azərbaycan prezidenti: “Siyasətimiz ondan ibarətdir ki, müsəlman ölkələri arasında ixtilaflara, müharibələrə son qoyulsun”

Azərbaycan prezidenti: “Siyasətimiz ondan ibarətdir ki, müsəlman ölkələri arasında ixtilaflara, müharibələrə son qoyulsun”
# 23 may 2017 13:43 (UTC +04:00)

“Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

 

Dövlət başçısı qeyd edib ki, müsəlman aləmi birlik nümayiş etdirməlidir: “Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR