Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Finlandiya Respublikasının prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:
“Hörmətli cənab prezident. Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Finlandiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcək. Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm”.