Bank Of Baku

Azərbaycan səfiri etimadnaməsini Argentina prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Argentina prezidentinə təqdim edib
# 27 mart 2017 17:05 (UTC +04:00)

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina prezidenti Maurisio Makriyə təqdim edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfir R. Aslanov ölkəmiz haqqında prezident M. Makriyə ətraflı məlumat verib.

 

Görüş əsnasında Azərbaycan və Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Prezident M. Makri səfir R. Aslanova diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR