Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçirilir.
APA-nın məlumatına görə, görüşdən sonra birgə mətbuat konfransı olacaq.
F. V. Ştaynmayerin region səfəri ötən gün Ermənistanla başlayıb. Bu gün o Azərbaycana gəlib. Sabah isə Gürcüstana gedərək ATƏT PA-nın illik sessiyasına qatılacaq.