Bank Of Baku

Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin 25 illiyi qeyd edilib

Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin 25 illiyi qeyd edilib
# 01 iyun 2017 15:08 (UTC +04:00)

Bakı Slavyan Universitetində Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın məlumatına görə, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, iki ölkə arasında diplomatik münasibətlər uzun tarixi əhatə etməsə də, bu müddət böyük işlərlə yadda qalıb. O, xüsusilə birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın ayrı-ayrı şəhərlərində həyata keçirilən mədəni quruculuq işlərini qeyd edib.

 

Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova iki ölkə arasında münasibətlərin tarixindən və indiki vəziyyətindən danışıb. Diplomat Azərbaycan xalqını multikultural dəyərlərə önəm verən tolerant xalq adlandırıb. O, iqtisadi, siyasi sahələrdə olduğu kimi, mədəni və təhsil sahəsində də uzun müddət davam edən əməkdaşlığın artıq bəhrə verdiyini söyləyib.

 

Bolqarıstanın energetika nazirinin müavini Yaço Stankov son 25 il ərzində müxtəlif sahələrdə əməkdaşlığın aparıldığını, enerji sektorunun xüsusi əhəmiyyət daşıdığını deyib: “Avropa Birliyinin bir hissəsi olan Bolqarıstan üçün enerji daşıyıcılarının marşrutlarının şaxələndirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin icrasında böyük rol oynayır. İki ölkə arasında 2020-ci ildə 1 milyard kubmetr qazın tədarükünə başlanmasına dair razılaşma əldə olunub. Bu, təkcə cənub-şərqi Avropa regionu yox, bütün Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi deməkdir”.

 

Azərbaycan XİN-in İkinci Avropa Departamenti rəhbərinin müavini İsmət Gözəlov son 25 il ərzində çoxtərəfli dialoqla yanaşı, müxtəlif sahələri əhatə edən əməkdaşlıq mexanizmi yarandığını söyləyib. 2015-ci ildə iki ölkə arasında imzalanan siyasi tərəfdaşlıq müqaviləsinin ikitərəfli münasibətlərin dərinləşməsi üçün geniş perspektivlər yaratdığını nəzərə çatdıran XİN rəsmisi hazırda münasibətlərin 50-dən artıq saziş və bəyannamə ilə tənzimləndiyini söyləyib. O nəzərə çatdırıb ki, bu münasibətlərdə enerji sahəsi prioritet rol oynayır. İ. Gözəlov hər iki ölkənin geostrateji mövqeyinin Avropa və Asiya arasında nəqliyyat və yükdaşımalarda mühüm rol oynadığını diqqətə çatdırıb.

 

Sonra tədbir bədii hissə ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR