Bank Of Baku

Azərbaycanın Estoniyadakı səfiri Tallininin azərbaycanlı vitse-meri ilə görüşüb

Azərbaycanın Estoniyadakı səfiri Tallininin azərbaycanlı vitse-meri ilə görüşüb
# 09 fevral 2018 17:23 (UTC +04:00)

Fevralın 9-da  Azərbaycanın Estoniyadakı səfiri  Murad Nəcəfbəyli Tallin şəhərinin vitse-meri, “Estoniya Yaşılları” partiyasının sədri xanım Züleyxa İsmayılova ilə görüşüb.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, förüş zamanı səfir M.Nəcəfbəyli Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və bu əlaqələrin müsbət dinamikası barədə söz açaraq, həyata keçirilən birgə layihələr, baş tutmuş qarşılıqlı səfərlər və tədbirlər barədə məlumat verib. Səfir dövlət və hökumətlər arasında mövcud əlaqələrin hər iki ölkənin şəhərləri arasında da əməkdaşlıq üçün şərait yaradığını qeyd edib. Bununla əlaqədar səfir M.Nəcəfbəyli həmsöhbətinə ölkəmizdə şəhərsalma sahəsində əldə edilmiş uğurlar, aparılan yenidənqurma, tikinti və abadlıq işləri, kommunal xidmətlər sahəsində görülən işlər barədə məlumat verib.

 

Bununla yanaşı, səfir Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq (IDEA) İctimai Birliyi və birliyin həyata keçirdiyi layihələr barədə məlumat verib. Səfir bu sahədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin faydalı ola biləcəyini də qeyd edib.

  

Xanım Züleyxa İsmayilova, öz növbəsində, iki ölkə arasında artıq təşəkkül tapmış əməkdaşlıq münasibətlərinə töhfə vermək arzusunda olduğunu qeyd edib. Daha sonra həmsöhbətlər Bakı və Tallin şəhərləri arasında mümkün əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR