XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər Azərbaycan-ABŞ münasibətlərinin cari durumu və bu əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin haqqında fikir mübadiləsi aparıblar.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.