Bank Of Baku

Bəhreyn kralı və Küveyt əmiri Azərbaycan prezidentini təbrik ediblər

Bəhreyn kralı və Küveyt əmiri Azərbaycan prezidentini təbrik ediblər
# 01 iyun 2017 15:46 (UTC +04:00)

Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan prezidenti  İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, onun məktubunda deyilir:

 

“Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı tərəqqi və firavanlıq diləyirəm”.

 

Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah da İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib: “Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi böyük məmnunluq hissi ilə çatdırıram. Bu fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsini arzulayırıq. Zati-alinizə möhkəm cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirik. Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR