Bank Of Baku

Dövlət başçısı İlham Əliyev Pakistan Günü münasibətilə bu ölkənin prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Pakistan Günü münasibətilə bu ölkənin prezidentini təbrik edib
# 22 mart 2017 15:19 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Pakistanın milli bayramı - Pakistan Günü münasibətilə bu ölkənin prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

 

APA-nın xəbərinə görə, təbrikdə Azərbaycanla Pakistanı ortaq mənəvi dəyərlərdən qaynaqlanan möhkəm dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyi vurğulanıb: “Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz xalqlarımızın iradəsini bariz şəkildə ifadə edir.

 

Bu yaxınlarda ölkənizə etdiyim səfəri, keçirdiyimiz görüşü, apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin daim möhkəmləndirilməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR