Bank Of Baku

Əli Hüseynli: “Ümid edirik ki, növbəti mərhələdə ÜAK-la bağlı məsələ həllini tapacaq”

Əli Hüseynli: “Ümid edirik ki, növbəti mərhələdə ÜAK-la bağlı məsələ həllini tapacaq”
# 16 may 2017 10:25 (UTC +04:00)

“Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib. İndi isə növbə Rusiyanındır”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynli bildirib.
 

Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə etirazını bildirən Ə. Hüseynli qeyd edib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub: “Rusiya tərəfi bilməlidir ki, Ali məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR