APA-nın məlumatına görə, bu barədə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, bu məlumat hələ təsdiqini tapmayıb, təhqiqat başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, kütləvi informasiya vasitələrində Suriyada 30-a yaxın azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.