Prezident: “Azərbaycan və Qazaxıstanın tərəfdaşlığı gələcəkdə də xalqlarımızın rifahına xidmət edəcək”

Prezident: “Azərbaycan və Qazaxıstanın tərəfdaşlığı gələcəkdə də xalqlarımızın rifahına xidmət edəcək”
# 08 iyul 2016 16:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Əminəm ki, bizim qarşılıqlı dəstək və etimada əsaslanan tərəfdaşlığımız gələcəkdə də dərin tarixi köklərlə bir-birinə bağlı olan xalqlarımızın rifahına xidmət edəcək”.

APA-nın “inform.kz” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan prezidenti Nursultan Nazarbayevə ad günü münasibətilə göndərdiyi təbrik teleqramında deyilir.

Dövlət başçısı bildirib ki, Qazaxıstan Nursultan Nazarbayevin rəhbərliyi altında siyasi, sosial-iqtisadi və mədəni inkişaf yolunda inamla addımlayır: “Gündən-günə ölkənizin nüfuzu artır. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin bugünkü inkişafı və nailiyyətlərində Sizin xidmətiniz böyükdür. Əminəm ki, bizim qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız gələcəkdə də dərin tarixi köklərlə bir-birinə bağlı olan xalqlarımızın rifahına xidmət edəcək”.

Azərbaycan prezidenti Qazaxıstan dövlət başçısı möhkəm can sağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR