Bank Of Baku

İtaliya prezidenti və Britaniyanın baş naziri Bakı Forumuna təbrik ünvanlayıblar

İtaliya prezidenti və Britaniyanın baş naziri Bakı Forumuna təbrik ünvanlayıblar
# 16 mart 2017 08:11 (UTC +04:00)

V Qlobal Bakı Forumunun açılışında İtaliya prezidenti Serjo Mattarella və Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciətləri oxunub. 
 
APA-nın məlumatına görə, İtaliya prezidenti müraciətində mədəniyyətlərarası dialoqun çox vacib olduğunu vurğulayıb. S. Mattarella bu sahədə təşəbbüslərin artırılmasını vacib sayıb və V Qlobal Bakı Forumuna uğurlar arzulayıb. 
 
Böyük Britaniyanın baş naziri Tereza Mey isə müraciətində xatırladıb ki, Qlobal Bakı Forumunu 5-ci dəfədir keçirir: “Azərbaycanla Böyük Britaniyanın diplomatik münasibətlər qurmasının 25 ili tamam olub. Biz Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirik. V Qlobal Bakı Forumuna uğurlar arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR