Avropanın hazırkı hökümətlərini nasistlərə bənzətmək Türkiyəni Avropa Birliyindən uzaqlaşdırır, Birliyə daxil olmağa kömək etmir. APA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker deyib.
“Mən heçvaxt hazırkı hökümətlərin nasistlərə bənzədilməsini gəbul etməyəcəm.Mənim doğma Lüksenburqum nasistlər tərəfindən işğal olunmuşdu. Mənim atam digər üç qardaşı ilə məcburi şəkildə orduya qatılmışdı. Əgər o period ilə indiki zaman arasında müqayisələr aparırsızsa, bu qəbuledilməzdir. Avropanın hazırkı hökümətlərini nasistlərə bənzətmək Türkiyəni Avropa Birliyindən uzaqlaşdırır, Birliyə daxil olmağa kömək etmir. Avropa Birliyi Türkiyəyə yox, Türkiyə Avropa Birliyinə daxil olur.”