"Moskva Rusiya-İran-Azərbaycan üçtərəfli formatı çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır".
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, İran, Azərbaycan və Türkiyə Rusiyanın tərəfdaşlarıdır: "Biz Rusiya-İran-Azərbaycan formatı üzrə prezidentlər səviyyəsində görüş keçirmişik. Format həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də nəqliyyat, logistika infrastrukturunun inkişafı baxımından perspektivlidir. Sözsüz ki, biz bu əməkdaşlığın davamında maraqlıyıq".