Bank Of Baku

Moldova lideri Azərbaycan prezidentinə məktub göndərib

Moldova lideri Azərbaycan prezidentinə məktub göndərib
# 07 iyun 2017 16:22 (UTC +04:00)

Moldova prezidenti İqor Dodon azərbaycanlı həmkarı İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, onun məktubunda deyilir:

 

“Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə Sizi təbrik etməkdən xüsusi məmnunluq duyur, xalqlarımızın səmimi və dost münasibətlərinin davamlı olacağına əminliyimi ifadə edirəm. Müasir tarixin bu dövrü ərzində siyasi dialoqun inkişafı, ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsi və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində yaxşı irəliləyişə nail olduğumuzu qeyd etmək xoşdur. Əminəm ki, ölkələrimiz üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə faydalı olan bütün sahələrdə konstruktiv və səmərəli əməkdaşlığın genişlənməsi çərçivəsində birgə səylərimizlə yeni diqqətəlayiq nəticələr əldə edəcəyik. Hörmətli cənab Prezident, Sizinlə Bakıda tezliklə görüşəcəyimə ümid edir və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR