Bank Of Baku

Nursultan Nazarbayev Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB

Nursultan Nazarbayev Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - <span style="color: red;">YENİLƏNİB
# 03 aprel 2017 08:43 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 3-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

 

APA-nın məlumatına görə, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

 

 

***

 

saat 10.21

 

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

 

APA-nın məlumatına görə, N. Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

 

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR