Bank Of Baku

Qazaxıstan hərbi sənaye kompleksinin yaradılması istiqamətində Azərbaycanın təcrübəsi ilə maraqlanır

Qazaxıstan hərbi sənaye kompleksinin yaradılması istiqamətində Azərbaycanın təcrübəsi ilə maraqlanır
# 27 mart 2017 08:22 (UTC +04:00)

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov ilə görüşüb.

 

Azərbaycanın Qazaxıstandakı səfirliyindən APA-ya bildirilib ki, görüşdə müstəqillik dövründə iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq üçün möhkəm əsasın qoyulduğu vurğulanıb. Qeyd edilib ki, bütün sahələrdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq ölkələrimizin daha da inkişafına və güclənməsinə xidmət edəcək. Bu baxımdan hərbi sənaye sahəsində də əlaqələrin güclənməsinin müsbət nəticələr verəcəyi, bu sahənin artıq iqtisadiyyatın bir sektoruna çevrildiyi bildirilib.

 

Beybut Atamkulov bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdə müstəqil ordu quruculuğu mühüm rol oynayır. Nazir müdafiə sənayesi kompleksinin yaradılmasında mühüm nailiyyətlər əldə edən Azərbaycanın bu sahədə uğur qazanmış ölkələr sırasına daxil olmasının təqdirəlayiq hesab edildiyini vurğulayıb, bu sahədə ölkəmizin təcrübəsinin Qazaxıstan üçün daha maraqlı olduğunu qeyd edib.

 

Rəşad Məmmədov isə Ermənistan tərəfindən hələ də hərbi təcavüzə məruz qaldığını önə çəkərək münaqişənin yaranma tarixi və nəticələri barədə nazirə geniş məlumat verib. Diplomat Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə güclü hərbi sənaye kompleksi yaratdığını deyərək bu sahədə bir çox ölkələrlə qurulmuş uğurlu əməkdaşlıqdan danışıb.

 

Görüş zamanı qarşı tərəfə ölkəmizdə bir çox çeşiddə istehsal olunan hərbi təyinatlı məhsullar və onların müxtəlif ölkələrə ixracından söhbət açılıb. Səfir ölkəmizdə  hər il keçirilən ADEX sərgisi barədə, eləcə də sərgidə iştirak edən ölkələr, şirkətlər, nümayiş edilən məhsullar və bağlanılan müqavilələrin miqyasının ildən-ilə artması ilə bağlı fikirlərini bölüşüb. Qazaxıstan tərəfi bu sərgidə aktiv iştirak etməyə dəvət edilib.
 

 

Qeyd olunub ki,  Qazaxıstan Azərbaycanın hərbi sənaye kompleksində istehsal edilən məhsullarla yaxından tanış olmaq niyyətindədir və bu sahədə əməkdaşlığa xüsusi diqqət yetirir. Bu məqsədlə Qazaxıstan ölkəmizdə keçiriləcək növbəti ADEX sərgisində milli stendlə çıxış edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR